“Şamaxı”nın sağ cinah müdafiəçisi Abdul Raşid Mumini Afrika Millətlər Kubokunda çıxış edəcək Benin milli komandasına dəvət alıb.
Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, 22 yaşlı müdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Mərkəzi Afrika Respublikası millisinə qarşı keçiriləcək oyunlar üçün Benin millisinin heyətinə çağırılıb. Abdulun komandası bu rəqiblə noyabrın 11-də evdə, ayın 15-də isə səfərdə üz-üzə gələcək.
Abdul Raşid Mumini 2026-cı ilin yayından “Şamaxı”nın uğurları üçün çalışır. 22 yaşlı sağ cinah müdafiəçisi bu komandanın heyətində meydana çıxdığı 11 oyuna 1 qol ötürməsi ilə yadda qalıb. O, daha öncə Azərbaycanda “Sumqayıt”ın da formasını geyinib.
Mumini 2023-cü ilin iyun ayında debüt etdiyi Benin yığmasının heyətində 22 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb.


