“Barselona” Hansi Flikin rəhbərliyi altında cari mövsümdə 15 oyuna 60 qol vuraraq son 100 ilin ən yüksək məhsuldarlıq göstəricisinə imza atıb.
Arena.az bu barədə Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir.
Sözügedən komanda UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Aston Villa”ya (İngiltərə) 3 cavabsız qol vurmaqla bu göstəriciyə çatıb. Qollardan birini Lamin Yamal, ikisini isə Rafinya vurub.
“Barselona” oxşar göstəricini sonuncu dəfə 100 il əvvəl – 1926/1927-ci illər mövsümündə gerçəkləşdirib. Həmin vaxt Cek Dombi və Roma Fornsun baş məşqçiliyi altında komanda ilk 15 rəsmi matçda 69 qol vurub. Kataloniya klubu həmin dövrdə “Qrasiya” (10:2), “Sabadell” (7:0) və “Terrassa” (9:0) komandaları üzərində böyükhesablı qələbələr qazanıb.
Qeyd edək ki, “Barsa” ÇL-in Liqa mərhələsinin cari mövsümündə Azərbaycan çempionu “Sabah”ın rəqiblərindən biridir. Kataloniya nəhəngi ilə matç noyabrın 25-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Oyuna saat 21:45-də start veriləcək.


