FPF Ronaldo üçün vida tədbiri təşkil edəcək

Portuqaliya Futbol Federasiyası (FPF) milli komandanın hücumçusu və kapitanı Kristiano Ronaldo üçün vida tədbiri təşkil etməyi planlaşdırır.

Arena.az xəbər verir ki, federasiya 41 yaşlı hücumçunun yığmada çıxışını başa vurması ilə bağlı xüsusi tədbirin keçirilməsinin vacibliyini açıqlayıb.

Ronaldo noyabrın 5-də Portuqaliya millisindəki karyerasını başa vurduğunu elan edib. FPF kapitanın ölkə futboluna xidmətlərini yüksək qiymətləndirərək onu milli komandanın tarixində ən böyük simalardan biri adlandırıb.

Ronaldo Portuqaliya ilə 2016-cı ildə Avropa çempionu, iki dəfə UEFA Millətlər Liqasının qalibi olub. O, milli komandalar tarixində ən çox qol vuran futbolçudur. Kristianonun yığmada 150 qolu var.

Ümumilikdə Ronaldo peşəkar karyerasında 985 qol vurub. Onun hesabında klub səviyyəsində 835 qol var. UEFA Çempionlar Liqasının beşqat qalibi “Sportinq”, “Mançester Yunayted”, “Real”, “Yuventus” və hazırda formasını geyindiyi “Əl-Nəsr”də çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: