Bu gün keçirilmiş oyunla kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Super Liqa) 3-cü tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilmiş turun açılış oyununda “Azərreyl” və “Ordu” komandaları üz-üzə gəliblər.
Görüşdən 3:0 hesablı qələbə ilə ayrılan “Ordu” komandası Super Liqada üçüncü qələbəsini qazanıb.
Turun növbəti qarşılaşmaları noyabrın 6-da keçiriləcək. Həmin gün Abşeron Olimpiya İdman Kompleksində “Gənclər” “Xilasedici”ni sınağa çəkəcək (saat 17:00). Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində isə “Murov” “Neftçi” ilə qarşılaşacaq. Bu görüşə də saat 18:00-da start veriləcək.
Super Liqa (kişilər)
3-cü tur
6 noyabr
“Azərreyl” – “Ordu” 0:3 (19:25, 18:25, 24:26)
Xallar: Ordu – 9. Xilasedici – 6. Azərreyl – 3. Neftçi, Gənclər, Murov – 0.


