Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz futbolçusu Kristiano Ronaldonun oğlu ilk dəfə ölkəsinin U-17 yığmasına dəvət alıb.
Arena.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
16 yaşlı Kristiano Ronaldo Portuqaliya millisinin heyətində Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Komanda noyabr ayında üç oyun keçirəcək. Portuqaliyalılar noyabrın 11-də Andorra, 14-də Bolqarıstan, 17-də isə Serbiya ilə qarşılaşacaqlar.
Qeyd edək ki, oğul Kristiano Ronaldo hazırda atasının çıxış etdiyi “Əl-Nəsr” klubunun futbol akademiyasında məşq edir. O, daha əvvəl “Yuventus”, “Mançester Yunayted” və “Real”ın aşağı yaş qruplarında da çıxış edib.
41 yaşlı Kristiano Ronaldo isə Portuqaliya millisinin tarixində ən çox qol vuran futbolçudur. O, karyerası ərzində beş dəfə UEFA Çempionlar Liqasının, bir dəfə Avropa çempionatının və iki dəfə UEFA Millətlər Liqasının qalibi olub.


