Əliyar Ağayev “Selta” – “Yunion” oyununu idarə edəcək

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa Liqasının 2026/2027-ci illər mövsümünün Liqa mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Əliyar Ağayev Liqa mərhələsinin 4-cü turunda keçiriləcək “Selta” (İspaniya) – “Yunion” (Belçika) matçının baş hakimi olacaq.

Noyabrın 5-dən 6-na keçən gecə İspaniyanın Viqo şəhərindəki “Estadio Balaidos” stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Rauf Cabbarov dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimi Manuel Şüttenqruber (Avstriya), onun köməkçisi isə İnqilab Məmmədov olacaq.

Qeyd edək ki, üç turdan sonra “Yunion” 7 xalla 6-cı, “Selta” isə 3 xalla 25-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: