Bu gün futbol üzrə Almaniya Kubokunda 2026/2027-ci illər mövsümünün 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, bununla da 1/4 finala vəsiqə uğrunda mübarizə aparacaq bütün cütlər bəlli olub.
Püşkün nəticəsinə əsasən, “Bayern” “Herta”ya, “Bayer” “Leypsiq”ə, Dortmund “Borussiya”sı isə “Ayntraxt”a rəqib olub.
Qeyd edək ki, Almaniya Kubokunda 1/8 final mərhələsinin oyunları dekabrın 1-də və 2-də keçiriləcək.
Almaniya Kuboku
1/8 final
Ayntraxt – Borussiya (Dortmund)
Ştutqart – Dinamo (Drezden)
Bayer – Leyptsiq
Bayern – Herta
Borussiya (Münhenqladbax) – Darmştadt
Kayzerslautern – Frayburq
Holştayn – Köln
Boxum – Auqsburq


