Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.
Altı qolun qeydə alındığı “Strasburq” – “Oser” matçında meydan sahibləri darmadağına seviniblər. “Paris”in qonağı olmuş “Monako” səfərdə xalsız qalıb.
Lion “Olimpik”i doğma meydanda “Anje”yə, Marsel “Olimpik”i isə “Tuluza”nı 2 cavabsız qolla məğlub edib.
Qeyd edək ki, 9-cu tura noyabrın 2-də keçiriləcək “Loryan” – “Brest” oyunu ilə yekun vurulacaq.
Fransa, Liqa 1
9-cu tur
30 oktyabr
Havr – PSJ 1:5
Nitsa – Renn 5:2
Lill – Lans 1:0
31 oktyabr
Trua – Le Man 2:0
1 noyabr
Strasburq – Oser 5:1
Olimpik (Lion) – Anje 2:0
Paris – Monako 3:1
Olimpik (Marsel) – Tuluza 2:0
2 noyabr
23:45. Loryan – Brest


