“Bayern” Saybarini 3 aylıq, Qnabrini 6 həftəlik itirdi

“Bayern” Dortmund “Borussiya”sı ilə 2:2 hesablı heç-heçə ilə başa çatmış oyundan sonra iki hücumameyilli futbolçusunu itirib.

Arena.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Almaniya nəhənginin hücumçusu İsmael Saybari topuq bağlarının qırılması səbəbindən əməliyyat olunub. Vinger Serj Qnabri isə budun arxa əzələsindən zədə alıb.

“Bild” nəşrinin məlumatına görə, mərakeşli futbolçunun bərpası azı 3 ay çəkəcək. Qnabri isə təxminən 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bu itkilər “Bayern” üçün sıx oyun qrafiki ərəfəsində ciddi problem yarada bilər. Münhen klubu noyabrın 3-də UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində İspaniyada Madrid “Atletiko”sunun qonağı olacaq. Komanda bundan sonra, şənbə günü Bundesliqada “Maynts”la qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: