Bundesliqa: “Elversberq” “Maynts”ı da darmadağınla yendi

Bu gün keçirilmiş oyunla futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2026/2027-ci illər mövsümünün 8-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda cari mövsümün sürpriz komandasına çevrilmiş “Elversberq” doğma meydanda “Maynts”la üz-üzə gəlib. Meydan sahibləri beş qolun qeydə alındığı bu oyunda 3 xalı 4 qolla qazanıblar.

Qeyd edək ki, 8-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
8-ci tur

30 oktyabr

Elversberq – Maynts 4:1

31 oktyabr

18:30. Auqsburq – Frayburq
18:30. Borussiya (Mönhenqladbax) – Paderborn
18:30. Bayer – Ştutqart
18:30. Şalke – Leypsiq
18:30. Verder – Hoffenhaym
21:30. Bayern – Borussiya (Dortmund)

1 noyabr

18:30. Union Berlin – Köln
20:30. Ayntraxt – Hamburq

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: