A Seriyası: “Frozinone” bu dəfə 5 qola sevindi

Bu gün keçirilmiş oyunlarla futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 9-cu turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Fiorentina” – “Atalanta” matçında qalib müəyyənləşməyib. Altı qolluq “Frozinone” – “Leççe” görüşündə isə meydan sahibləri darmadağına imza atıblar.

Beləliklə, geridə qalmış 9 turdan sonra “İnter” və “Latsio”nun 25, “Roma”nın 21, “Komo”nun 20, “Milan”ın 18, “Frozinone”nin 17, “Napoli” və “Yuventus”un 14 xalı var.

İtaliya, A Seriyası
9-cu tur

27 oktyabr

Sassuolo – Latsio 2:6
Roma – Kalyari 4:2
Torino – Komo 1:3

28 oktyabr

Milan – Bolonya 2:4
Parma – Udineze 0:0
Venesiya – İnter 0:2
Cenoa – Yuventus 2:0
Montsa – Napoli 1:4

29 oktyabr

Frozinone – Leççe 5:1
Fiorentina – Atalanta 2:2

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: