Bu gün keçirilmiş oyunlarla futbol üzrə Almaniya Kubokunda 2026/2027-ci illər mövsümünün 1/16 final mərhələsinə yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də 8 qarşılaşma baş tutub.
“Frayburq”, “Herta”, “Ştutqart”, “Dinamo” (Drezden), “Bayer”, “Bayern”, “Kayzerslautern” və “Holştayn Kil” rəqiblərini məğlub edərək növbəti mərhələyə yüksəliblər.
Xatırladaq ki, daha öncə “Boxum”, “Auqsburq”, “Ayntraxt” (Frankfurt), “Leypsiq”, “Borussiya” (Mönhenqladbax), “Borussiya” (Dortmund), “Darmştadt” və “Köln” də Almaniya Kubokunda 1/8 finala vəsiqə qazanmışdılar.
Almaniya Kuboku
1/16 final mərhələsi
27 oktyabr
“Boxum” – “Maynts” 2:0
“Qrossaspax” – “Auqsburq” 2:4
“Hamburq” – “Ayntraxt” (Frankfurt) 1:3
“Rot-Vays Essen” – “Leypsiq” 1:2
“Borussiya” (Mönhenqladbax) – “Karlsrue” 2:0
“Borussiya” (Dortmund) – “Verder” 3:2
“Elversberq” – “Darmştadt” 0:2
“Köln” – “Union Berlin” 5:0
28 oktyabr
“Frayburq” – “Volfsburq” 3:2
“Yeddeloh” – “Herta” 0:2
“Paderborn” – “Ştutqart” 0:1
“Dinamo” (Drezden) – “Şalke” 2:0
“Bayer” – “Nürnberq” 5:2
“Bayern” – “Maqdeburq” 6:1
“Hannover” – “Kayzerslautern” 0:2
“Holştayn Kil” – “Hoffenhaym” 1:1 (penaltilər 4:3)


