Bu gün keçirilmiş oyunlarla kişi voleybolçuların Azərbaycan çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 2-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilmiş görüşdə “Ordu” “Neftçi” ilə qarşılaşıb. Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunmuş digər oyunda isə “Xilasedici” “Azərreyl” ilə üz-üzə gəlib.
Qarşılaşmaların hər ikisi 3:0 hesabı ilə başa çatıb. “Ordu” “Neftçi” üzərində, “Xilasedici” isə “Azərreyl” üzərində inamlı qələbəyə sevinib.
2-ci turun sonuncu oyunu oktyabrın 30-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Murov”la “Gənclər” arasında keçiriləcək.
Super Liqa (kişilər)
2-ci tur
28 oktyabr
“Ordu” – “Neftçi” 3:0 (25:22, 25:13, 25:20)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.
“Xilasedici” – “Azərreyl” 3:0 (26:24, 25:21, 25:20)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.
30 oktyabr
17:00. “Murov” – “Gənclər”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi


