Lamin Yamal: “Gələcəkdə mütləq “Qızıl top”u qazanacağam”

Futbol üzrə İspaniya millisinin və “Barselona”nın hücumçusu Lamin Yamal gələcəkdə “Qızıl top” mükafatını qazanacağına inanır.

Arena.az xəbər verir ki, 19 yaşlı vinger bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“France Football” nəşrinin təşkil etdiyi mükafatlandırma mərasimində Yamal növbəti dəfə fərqləndirilsə də, mövsümün ən yaxşı futbolçusu adına layiq görülməyib. 2025/2026-cı illər mövsümünün nəticələrinə əsasən, “Qızıl top”u İngiltərə millisinin və “Bayern”in hücumçusu Harri Keyn qazanıb. Yamal isə səsvermədə üçüncü yeri tutub.

İspaniyalı futbolçu qalibləri təbrik edib və karyerasında düzgün yolda olduğuna əminliyini ifadə edib:

“Bu, mütləq baş verəcək. Yaxşı şeylər vaxt tələb edir. Mən qurduğum yola inanıram. Tələsmədən, ümid və inamla bir gün öz anımın gələcəyini gözləyirəm. Qalibləri təbrik edirəm! İndi yenidən əsas məqsədimə köklənmişəm – “Barselona”nın yenidən qələbələr qazanmasına nail olmaq”, – deyə Lamin Yamal yazıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: