“Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandası (U-19) UEFA Gənclər Liqasının 2026/2027-ci illər mövsümündə ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kolllektiv turnirin Çempionlar yolunun 2-ci mərhələsində Xorvatiya təmsilçisi “Dinamo”nun (Zaqreb) müvafiq yaş qrupundan ibarət komandasına uduzub.
“Azərsun Arena”da baş tutmuş oyun rəqibin 2:1 hesablı qələbəsi ilə bitib. Ağdam klubunun yeganə qolunu 45-ci dəqiqədə penaltini dəqiq yerinə yetirmiş Viktor Ani Çidioke vurub.
Rəqibin heyətində Yona Benkotiç 54-cü dəqiqədə penaltidən yararlana bilməsə də, 67-ci dəqiqədə tarazlığı bərpa edib. 90-cı dəqiqədə isə Roko Ban Zaqreb təmsilçisinin qələbə qolunu vurub.
Bu komandalar arasındakı cavab qarşılaşması noyabrın 4-də Zaqrebdə keçirilir. Həmin oyuna Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.
UEFA Gənclər Liqası
Çempionlar yolu, 2-ci mərhələ
28 oktyabr
Qarabağ – Dinamo (Zaqreb) 1:2
Qollar: Viktor Ani Çidioke 45-pen – Yona Benkotiç, 68. Roko Ban, 90.
Baş hakim: Karl Koppel (Estoniya)
Yan xətt hakimləri: Riivo Stolts, Thor Vaas (hər ikisi Estoniya).
Dördüncü hakim: Əli Əliyev (Azərbaycan).
Bakı. “Azərsun Arena”.


