AFFA-dan “Səbail”ə və klub prezidentinə sərt cəza!

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Birinci Liqasının 6-cı turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Birinci Liqa, 6-cı tur

“Şahdağ Qusar” – “Səbail” oyununun 69-cu dəqiqəsində “Səbail”in futbolçusu Pərviz Azadov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunliq cəza alıb. “Səbail” buna görə 150 manat cərimə edilib. “Səbail”də 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub komandası 210 manat cərimə edilib. Oyunun 85-ci dəqiqəsində “Səbail”in azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə sözügedən klub 600 manat cərimə edilib. Oyun bitdikdən sonra “Səbail”in azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə bu klub daha 1500 manat cərimələnib. Oyun bitdikdən sonra “Səbail”in prezidenti Mirzə Bayrampur dəhlizə daxil olaraq hakimləri təhqir etdiyinə, onlara hədə-qorxu gəldiyinə görə 4 oyunluq cəza alıb. Klub buna görə 3000 manat cərimə ödəyəcək. Oyun bitdikdən sonra “Səbail”inn futbolçusu Rubin Seyidov dəhlizə daxil olaraq hakimləri təhqir etdiyinə, onlara hədə-qorxu gəldiyinə görə 4 oyunluq cəza alıb. “Səbail” buna görə də 3000 manat cərimə ödəyəcək.

MOİK – “Karvan” oyununda MOİK-in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 210 manat cərimə edilib. Oyun MOİK komandasının futbolçusunun formasında problem olması səbəbindən gec başladığına görə “hərbçilər” daha 450 manat cərimə ediliblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: