“Neftçi” Bakıda “Oradya”ya məğlub oldu

Azərbaycanın “Neftçi” basketbol komandasının Avropa Kubokunun müntəzəm mövsümünün (2026/27) H qrupunda növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, Kostas Vasiladiasın baş məşqçisi olduğu kollektiv 4-cü tur çərçivəsində Bakıda Rumıniyanın “Oradya” komandasını qəbul edib.

Bakı İdman Sarayında keçirilən qarşılaşma qonaqların 99:83 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün hissələr üzrə nəticələri belə olub: 16:23, 24:29, 25:26, 18:21.

Azərbaycan təmsilçisinin heyətində ən məhsuldar basketbolçu 24 xal toplamış Aleksa Stepanoviç olub. Ulaş Turqut 19, Şakael Prays 15, Miliç Starovlax 11, Cabrail Əkbərov 7, Zəkəriyyə Hiks 3, Cared Kameron Robinson və Elayca Hokins isə hərəyə 2 xal qazanıblar. Nicat Nəsirov, Ramazan Qarayev, Ağa Ağayev və Tunar Hacızadə fərqlənə bilməyiblər.

Bu məğlubiyyətdən sonra “Neftçi”nin hesabında 4 xal var. H qrupuna 7 xalla “Oradya” başçılıq edir. Yunanıstanın “Mikonos” komandası 6, Latviyanın VEF klubu 5 xala malikdir. Bolqarıstanın “Lokomotiv” (Plovdiv) və İsveçrənin “Fribur Olimpik” komandaları da 4 xal toplayıblar.

Xatırladaq ki, Azərbaycan təmsilçisi əvvəlki turlarda “Mikonos”a səfərdə 58:78, VEF-ə evdə 94:110, “Fribur Olimpik”ə isə səfərdə 73:78 hesabı ilə uduzub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: