AFFA “Şəfa”nı cərimələdi, Arixovla Şirinovu cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Əvəzedicilər Liqasının 7-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Əvəzəedicilər Liqası, 7-ci tur

“Neftçi-2” – “Sabah-2” oyununun 90+2-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Aslan Şirinov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Neftçi” buna görə 50 manat cərimə edilib. “Sabah”da 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub da 70 manat cərimə edilib.

“Şəfa-2” – “Turan Tovuz-2” oyununda “Şəfa”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. Oyun Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığı üçün “Şəfa” 200 manat cərimə edilib.

“Zirə-2” – “Şamaxı-2” oyununun 53-cü dəqiqəsində “Zirə”nin futbolçusu Məhəmməd Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb. “Zirə” buna görə 50 manat cərimə edilib.

“Sumqayıt-2” – “Qəbələ-2” oyununun 22-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Aftandil Arixov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Sumqayıt” buna görə 100 manat cərimə ödəyəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: