De la Fuente: “Yamal çoxlu “Qızıl top” və mükafatlar qazanacaq”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente “Barselona”nın vingeri Lamin Yamalın gələcəkdə “Qızıl top” mükafatına sahib olacağına inanır.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 18 yaşlı futbolçunun böyük potensiala malik olduğunu vurğulayıb.

Oktyabrın 27-də “France Football” nəşrinin təşkilatçılığı ilə “Qızıl top” mükafatının təqdimetmə mərasimi keçirilib. 2025/26 mövsümünün nəticələrinə əsasən, İngiltərə millisinin və “Bayern”in hücumçusu Harri Keyn dünyanın ən yaxşı futbolçusu seçilib.

De la Fuente isə Yamalın gələcəkdə həm fərdi, həm də komanda səviyyəsində çoxsaylı uğurlara imza atacağına əmindir:

“Lamin Yamal çoxlu “Qızıl top” və fərdi mükafatlar qazanacaq. Amma daha vacibi odur ki, o, komanda səviyyəsində də çoxlu kuboklar əldə edəcək. Bilirəm ki, o, komanda mükafatlarını daha çox qiymətləndirir.

Ona sakit qalmaq lazımdır, çünki onun kim olduğunu, necə futbolçu olduğunu bilirik. Onun potensialından xəbərdarıq. O, möhtəşəm futbolçu və gözəl insandır”, – deyə ispaniyalı mütəxəssis ESPN-ə açıqlamasında bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: