Azərbaycan millisinin sabiq mərkəz müdafiəçisi Elvin Yunuszadə Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Türkiyə Kubokunun 2026/2027-ci illər mövsümünün 3-cü təsnifat mərhələsi çərçivəsində “Karşıyaka” ilə üz-üzə gəlib.
Bolu təmsilçisi ev matçında 1:3 hesablı məğlubiyyətə üzülərək kubokla erkən vidalaşıb.
Elvin Yunuszadə bu matçın 46-cı dəqiqəsində, komandası 1:0 öndə olarkən meydana buraxılıb.
Millimizin digər sabiq üzvü Ozan Can Kökçünün komandası – “Vanspor” da kubokla erkən vidalaşıb. Sözügedən komanda bu mərhələdə səfərdə “Orduspor 1967” ilə üz-üzə gəlib. İki cavabsız qolla məğlub olan “Vanspor” kubokda mübarizəni dayandırıb – 0:2.
Ozan Can Kökçü kubok matçında iştirak şansı qazanmayıb. Onun adı bu görüşün iştirak ərizəsinə də daxil edilməyib.


