“Araz-Naxçıvan” “Buba Mara”ya məğlub oldu

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” bu gün UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində ikinci matçını keçirib.

Arena.az xəbər verir ki, turnirin əsas mərhələsinin 2-ci turunda Bosniya və Herseqovinanın “Buba Mara” komandası ilə üz-üzə gələn Naxçıvan təmsilçisi rəqibinə 3:5 hesabı ilə uduzub.

Polşanın Qlivitse şəhərindəki “Prezero Arena”da baş tutmuş qarşılaşmada Azərbaycan çempionunun qollarını Murad Quluzadə, Oktay Rüstəmli və Kənan Manafov vurublar.

Xatırladaq ki, Azərbaycan təmsilçisi yer aldığı 5-ci qrupda keçirdiyi ilk matçda Macarıstan təmsilçisi “Uypeşt”i 5:4 hesabı ilə məğlub etmişdi. Komanda qrupdakı son matçını oktyabrın 30-da Polşa təmsilçisi “Pyast”a qarşı keçirəcək.

UEFA Çempionlar Liqası
5-ci qrup

28 oktyabr

Buba Mara (Bosniya və Herseqovina) – Araz-Naxçıvan 5:3
Hakimlər: İqor Yaçeviç (Latviya), Viktor Şeyx (Fransa), Daniele Dadamo (San Marino).
Timekeeper: Dominik Lorke (Polşa).
Hakim-inspektor: Sven Eyxler (Almaniya).
UEFA nümayəndəsi: Marina Kirilyuk (Ukrayna).
Polşa, Qlivitse. “Prezero Arena”. Saat 17:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: