Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Gəncədə baş tutub.
Premyer Liqa təmsilçisi “Kəpəz” burada “Baku Sportinq”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı görüşün yekununda Gəncə təmsilçisi inamlı qələbə qazanmaqla 1/8 finala vəsiqə qazanıb.
Xatırladaq ki, daha öncə “Araz-Naxçıvan”, “Marafon”, “Sumqayıt”, “Qəbələ”, “Zirə”, “İmişli”, “Şahdağ Qusar”, “Şamaxı” və “Şəfa” da Azərbaycan Kubokunda 1/8 finala vəsiqə qazanıblar. Mərhələnin qalan iki oyunu sabah keçiriləcək.
Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi
27 oktyabr
“Kəpəz” – “Baku Sportinq” 3:1
Qollar: Vadim Abdullayev, 2. Cəfər Əlizadə, 77-öz qapısına. Hüseyn Babayev, 79 – Əli Babayi, 12.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Rasim Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Gəncə şəhər stadionu, 19:00.
Kəpəz: 94. Rəşad Əzizli, 10. Rəhman Hacıyev, 6. Vadim Abdullayev, 99. Əli Səmədov (k), 20. Rafael Məhərrəmli, 5. Hüseyn Babayev, 17. Ümid Səmədov, 19. Fərid Kələntərov, 2. Arzu Atakişiyev, 70. Şahnur İsmayılov, 3. Mahamadu Ba.
Ehtiyat oyunçular: 81. Elgün Bayramov, 13. Nahid Bağırov, 34. Ürfan Abbasov, 8. Şakir Seyidov, 23. Raul İsaqov, 80. Turqut Mustafazadə, 44. Sənan Kərimov, 57. Amur Yusifov, 33. Benito.
Baş məşqçi: Azər Məmmədov.
Baku Sportinq: 1. Cəfər Əlizadə (k), 10. Elşən Abdullayev, 9. Elnur Səmədov, 6. Cabir Əmirli, 3. Məhərrəm Orucov, 8. Sadiq Hüseynli, 77. Zahir Mirzəzadə, 25. Hüseyn Məmmədzadə, 4. Yelmar Aşurov, 21. Elşən Hidayətov, 27. Əli Babayi.
Ehtiyat oyunçular: 33. Tural Mirsultanov, 19. Rəsul İbrahimov, 30. Nəbi Məmmədov, 97. Emil Qasımov, 5. Fərid Səfərli, 55. Tofiq Bayramov, 13. Rüstəm Əlizadə.
Məşqçi: Bəxtiyar Soltanov.


