Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümünün 4-cü turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, turun ikinci oyun günündə bir görüş baş tutub.
NTD “Ordu” ilə üz-üzə gəlib. Qarşılaşma “Ordu”nun 102:71 hesablı qələbəsi ilə başa çatıb. Bakı İdman Sarayında keçirilmiş matçda qalib komandanın heyətində ən məhsuldar basketbolçu 22 xal toplamış Tayler Conson olub.
Azərbaycan Basketbol Liqası
4-cü tur
24 oktyabr
NTD – “Ordu” – 71:102 (15:28, 18:27, 16:28, 22:19)
Qeyd edək ki, turun əvvəlki oyununda “Sabah” “Naxçıvan”a 83:88 hesabı ilə məğlub olub. Turun son iki qarşılaşması oktyabrın 25-də keçiriləcək:
15:00. “Neftçi” – “Gəncə”
18:00. “Landau Lions” – “Sumqayıt”
Hər iki görüş Bakı İdman Sarayında baş tutacaq.
ABL-in turnir cədvəlindəki mövcud durum belədir:
- “Naxçıvan” – 6 xal (3 oyun)
- “Sabah” – 5 xal (3 oyun)
- “Neftçi” – 4 xal (2 oyun)
- “Ordu” – 4 xal (3 oyun)
- “Sumqayıt” – 4 xal (3 oyun)
- NTD – 4 xal (4 oyun)
- “Landau Lions” – 3 xal (2 oyun)
- “Gəncə” – 3 xal (2 oyun)


