Birinci Liqa: 8-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan çempionatının Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 8-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Qeyd edilir ki, 8-ci turun görüşləri iki günü əhatə edəcək. Qarşılaşmalar noyabrın 19-da və 20-də keçiriləcək. İlk oyun günündə 3, sonuncu gündə isə 2 görüş baş tutacaq.

Birinci Liqa
8-ci tur

19 noyabr

MOİK – “Səbail”
Binə qəsəbə stadionu, 14:00.

“Xankəndi” – “Karvan”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Mingəçevir” – “Baku Sportinq”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:30.

20 noyabr

“Şahdağ Qusar” – “Gəncəbasar”
Binə qəsəbə stadionu, 14:00.

“Şimal” – “Zaqatala”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: