Futbol üzrə Azərbaycan çempionatının Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 7-ci turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.
7-ci turun görüşləri iki günü əhatə edəcək. Qarşılaşmalar noyabrın 4-də və 5-də keçiriləcək. İlk oyun günündə 1, sonuncu gündə isə 4 görüş baş tutacaq.
Birinci Liqa
7-ci tur
4 noyabr
“Mingəçevir” – “Şahdağ Qusar”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança).
5 noyabr
“Baku Sportinq” – “Xankəndi”
“Baku Sportinq Arena”.
“Karvan” – “Şimal”
Yevlax şəhər stadionu.
“Zaqatala” – MOİK
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.
“Səbail” – “Gəncəbasar”
“Masazır Arena”.


