Premyer Liqa: “Şəfa” “Kəpəz”ə də uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 9-cu turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk görüşü Sumqayıtda baş tutub.

Burada “Şəfa” “Kəpəz”i qəbul edib. “Sumqayıt Arena”da baş tutan qarşılaşmanın baş hakimi Cavid Cəlilov olub. Üç qolluq görüşdə hesabı nominal meydan sahibləri açıblar. Amma qonaqlar sonradan iki qol vurmaqla əzmkar qələbəyə seviniblər.

Premyer Liqa
9-cu tur

24 oktyabr

“Şəfa” – “Kəpəz” 1:2
Qollar: Maudo Jarjue, 55 – Şakir Seyidov, 74-pen. Benito, 80.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev
VAR: Vüqar Həsənli.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Sumqayıt Arena”, 16:30.

Şəfa: 97. Tyaqo Silva, 42. Elnur Cəfərov (k), 55. Rauf Hüseynli, 83. Nihad Quliyev, 6. Fərid Yusifli, 10. Dilan Mertens, 4. Maudo Jarjue, 17. Musa Quel, 11. Andrey Draqu, 9. Luis Felipe, 34. Kristofer Mamenqi.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 99. Məmməd Hüseynov, 3. Tərlan Quliyev, 28. Murad Musayev, 21. İsmayıl Zülfüqarlı, 29. Vüsal Qənbərov, 23. Nahid Əliyev, 77. Elmar Məmmədov, 18. Bafode Dansoko, 8. Vlad Pop, 22. Umar Diav, 7. Treyvon Fuller.
Baş məşqçi: Zaur Həşimov.

Kəpəz: 1. Rojerio Santos, 34. Ürfan Abbasov (k), 10. Rəhman Hacıyev, 20. Rafael Məhərrəmli, 8. Şakir Seyidov, 66. David Domqyoni, 11. Viktor Stina, 33. Benito, 14. Adama Fofana, 4. Mate Abuladze, 27. Desmond Akua.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 81. Elgün Bayramov, 6. Vadim Abdullayev, 99. Əli Səmədov, 5. Hüseyn Babayev, 17. Ümid Səmədov, 19. Fərid Kələntərov, 2. Arzu Atakişiyev, 70. Şahnur İsmayılov, 57. Amur Yusifov, 21. Azuma Abubakar, 3. Mahamadu Ba.
Baş məşqçi: Azər Məmmədov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: