Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Rumıniyanın “Petrolul” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Cəlalın komandası Rumıniya çempionatının 2026/2027-ci illər mövsümünün 13-cü turu çərçivəsində “Botoşani” ilə qarşılaşıb.
“Petrolul” səfər oyunundan 3:1 hesablı qələbə ilə ayrılıb. Cəlal görüşün 72-ci dəqiqəsində, bütün qollar vurulduqdan sonra meydana buraxılıb.
Xatırladaq ki, azərbaycanlı müdafiəçi bu ilin yayında “Petrolul”a azad agent kimi qoşulub və 2 illik müqaviləyə imza atıb. O, sözügedən komandanın heyətində 10 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Petrolul” 13 oyuna topladığı 23 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. Futbolçumuzun komandası 13 oyunda 7 qələbə qazanıb, 2 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.
“Zirə”nin yetirməsi olan Cəlal Hüseynov 2023-cü ilin iyun ayında Bolqarıstanın “Arda” klubuna keçib. Azərbaycanlı futbolçu bu komandada 87 rəsmi oyuna çıxıb, 5 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, 2025-ci ilin yayında yenidən Bolqarıstan klubuna qayıtmışdı.
Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 12 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.


