Əvəzedicilər: “Qarabağ” 5, “Kəpəz” 3 qolla qalib gəldi

Bu gün Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 7-ci tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Yeddi qolun qeydə alındığı “İmişli-2” – “Qarabağ-2” oyununda Ağdam təmsilçisi darmadağına sevinib. “Araz-Naxçıvan-2” – “Kəpəz-2” oyunu da qonaqların qələbəsiylə yekunlaşıb.

7-ci turun qalan görüşləri oktyabrın 24-də, 25-də və 26-da keçiriləcək.

Əvəzedicilər Liqası
7-ci tur

23 oktyabr

“İmişli-2” – “Qarabağ-2” 2:5
Qollar: Xəlil Mürsəlli, 79-pen. Məhəmməd Rəşidli, 82 – Məsud Əlişanlı, 7. Şahismayıl Cəfərov, 16. Nicat Xasıyev, 18. Elton Mikayılov, 21. Murad Aşurov, 50-öz qapısına.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Rüfət Əhmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Araz-Naxçıvan-2” – “Kəpəz-2” 2:3
Qollar: Nihat Mehralıyev, 17. Fərid Tağıyev, 34 – Amur Yusifov, 45+2; 78; 83.
Hakimlər: Şamil İmanzadə, Sevda Nuriyeva, Mirnihad Seyidov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu, 14:00.

24 oktyabr

“Neftçi-2” – “Sabah-2”
Hakimlər: İslam Məmmədov, Aydın Baxşıyev, Anar Bədəlov, Ləman Əmirli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

25 oktyabr

“Şəfa-2” – “Turan Tovuz-2”
Hakimlər: Niyaz Əhmədov, Elman Kərimov, Elmin Süleymanov, Yasin Cəbizadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

26 oktyabr

“Zirə-2” – “Şamaxı-2”
Hakimlər: Mahmud Bağırzadə, Rasim Axundov, Məmmədəli Kərimov, İlqar Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Binə qəsəbə stadionu, 14:00.

“Sumqayıt-2” – “Qəbələ-2”
Hakimlər: Nazim Abdullayev, Vüqar Bayramov, Samir Qaracayev, Alik Yunusov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: