Premyer Liqa: “Araz” “Qəbələ”yə, “Zirə” “Sumqayıt”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 9-cu turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış oyununda “Araz-Naxçıvan” “Qəbələ”ni sınağa çəkəcək. Şamaxı şəhər stadionunda təşkil ediləcək oyuna saat 15:00-da start veriləcək. Qarşılaşmanın baş hakimi Əkbər Əhmədov olacaq.

Günün digər oyunu “Zirə” ilə “Sumqayıt” arasında keçiriləcək. Oyunu Tural Qurbanov idarə edəcək. Zirə İdman Kompleksinin stadionunda təşkil ediləcək matçın start fiti saat 19:00-da səslənəcək.

Premyer Liqa
9-cu tur

23 oktyabr

“Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Əkbər Əhmədov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı şəhər stadionu, 15:00.

“Zirə” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə İdman Kompleksinin stadionu, 19:00.

24 oktyabr

“Şəfa” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev
VAR: Vüqar Həsənli.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Sumqayıt Arena”, 16:30.

“Neftçi” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Neftçi Arena”, 19:00.

25 oktyabr

“İmişli” – “Şamaxı”
Hakimlər: Rauf Cabbarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Yevlax şəhər stadionu, 15:00.

“Sabah” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Dalğa Arena”, 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: