Super Liqa: “Azərreyl” və “Ordu”dan uğurlu start

Bu gün kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünə start verilib.

Arena.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilmiş 1-ci turun ilk qarşılaşmasında “Azərreyl” komandası “Gənclər”i 3:0 hesabı ilə məğlub edib.

Günün digər oyununda isə “Ordu” komandası “Murov” üzərində eyni hesabla qələbə qazanıb.

1-ci turun növbəti görüşündə “Xilasedici” və “Neftçi” komandaları üz-üzə gələcəklər. Qarşılaşma oktyabrın 24-də saat 17:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.

Qeyd edək ki, kişi voleybolçuların Super Liqasında altı komanda – “Xilasedici”, “Ordu”, “Neftçi”, “Murov”, “Azərreyl” və “Gənclər” iştirak edirlər. Yarışlar dairəvi sistem üzrə, ev-səfər prinsipi ilə iki dövrədə təşkil olunacaq.

İki dövrənin yekununda turnir cədvəlinin ilk dörd pilləsində qərarlaşacaq komandalar pley-off mərhələsində iştirak hüququ qazanacaqlar.

Super Liqa (kişilər)
1-ci tur

23 oktyabr

“Azərreyl” – “Gənclər” 3:0 (25:17, 25:11, 25:16)
“Ordu” – “Murov” 3:0 (25:20, 25:14, 25:20)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: