UEFA reytinqi: Azərbaycanın əmsalı 5,625-də qaldı

Avrokubokların Liqa mərhələsinin növbəti turunun oyunlarında qeydə alınmış nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib.

Arena.az xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib.

Buna Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Sabah”ın həftəni xalsız başa vurması səbəb olub. Belə ki, Azərbaycan çempionu Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində qarşılaşdığı Dortmund “Borussiya”sına (Almaniya) 1:2 hesabıyla uduzub.

Nəticədə cari mövsümdə qazanılmış ölkə əmsalı 5,625-də qalıb. Bunun 1,250-i “Qarabağ”ın, 0,625-i “Zirə”nin, 0,250-si “Neftçi”nin, qalanı isə “Sabah”ın payına düşür.

Hazırda ölkəmizin ümumi əmsal ehtiyatı 24,187-yə bərabərdir. Qitə sıralamasında 24-cü yerdə olan Azərbaycanın mövqeyi dəyişməyib. Ən yaxın izləyicimiz İsrailin ümumi qazancı 24,125-ə bərabərdir. Bizdən öndə isə Ukrayna qərarlaşıb – 24,837.

55 ölkənin yer aldığı UEFA reytinqində İngiltərə 106,463 əmsalla vahid liderdir. İtaliya (90,732) ikinci, İspaniya (85,868), Almaniya (83,973) dördüncü, Fransa (71,010) beşinci yerdə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: