Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 9-cu turun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması “Neftçi” ilə “Turan Tovuz” arasında baş tutub.
“Neftçi Arena”da təşkil edilmiş oyunu Əli Əliyev idarə edib. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib. “Ağ-qaralar” 30-cu dəqiqədən etibarən azlıqda mübarizə aparıblar. Buna baxmayaraq, hesabı elə meydan sahibləri açıblar. Amma Tovuz təmsilçisi matçın sonlarında məğlubiyyətdən xilas ola bilib.
Premyer Liqa
9-cu tur
24 oktyabr
“Neftçi” – “Turan Tovuz” 1:1
Qollar: Breno Almeyda, 44 – Aleksa Yankoviç, 73.
Qırmızı vərəqə: İqor Ribeyro, 30.
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Neftçi Arena”, 19:00.
Neftçi: 1. Emil Balayev (k), 3. Rüfət Abbasov, 77. Falaye Sako, 5. İqor Ribeyro, 55. Endryu Qravilyon, 33. Breno Almeyda, 10. Freddi Varqas, 20. Qustavo Klisman, 88. Viçko Şevel, 11. Alen Şkribek, 27. Draqolyub Saviç.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 91. Nurəziz Əzizov, 14. Elvin Bədəlov, 7. Emil Səfərov, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 18. İfeanyi Metyu, 97. Bassala Sambu, 29. Lyubomir Tupta, 26. Adeleke Akinyemi, 70. Andrey Ştoqrin, 22. Denzel Jubitana.
Baş məşqçi: Yuri Vernidub.
Turan Tovuz: 1. Oleq Baklov, 4. Rahil Məmmədov, 21. Stiv Beusnar, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 77. İbrahima Vadji, 32. Hayderson Hurtado (k), 7. Xorxe Silva, 33. Filip Damyanoviç, 11. Dioqo Balau.
Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin, 13. Mehman Hacıyev, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 99. Sadiq Şəfiyev, 5. Roderik Miller, 15. Emmanuel Hakman, 19. Roberto Olabe, 25. Denis Marandiç, 8. David Tavares, 28. Aleksa Yankoviç.
Baş məşqçi: Kurban Berdıyev.


