Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2026/2027-ci illər mövsümünün Liqa mərhələsinin 2-ci turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün oyunları eyni günə təsadüf edib.
Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi Albaniyanın “Eqnatiya” komandası səfərdə “Orhus”la (Danimarka) üz-üzə gəlib. Zamiqin ehtiyatda qaldığı görüşdə komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Digər azərbaycanlı futbolçu Murad Məmmədovun komandası “Pafos” (Kipr) isə Latviya “Riqa”sını qəbul edib. Bu görüşdə də 1:1 hesablı heç-heçə qeydə alınıb. Zədəli olan Muradın adı görüşün iştirak ərizəsinə daxil edilməyib.
Türkiyənin “Trabzonspor” komandası bu turda Şotlandiya təmsilçisi “Harts”la üz-üzə gəlib və inamlı qələbəyə sevinib.
Avropa Konfrans Liqası
Liqa mərhələsi, 2-ci tur
22 oktyabr
Kayrat (Qazaxıstan) – Panatinaikos (Yunanıstan) 1:5
Srvena Zvezda (Serbiya) – Kopenhagen (Danimarka) 2:2
Xetafe (İspaniya) – Luqano (İsveçrə) 2:5
İberiya (Gürcüstan) – Maylbü (İsveç) 1:1
İnter Eskaldes (Andorra) – Universitatya (Krayova, Rumıniya) 1:3
Yablonets (Çexiya) – Brayton (İngiltərə) 0:0
Kauno Jalgiris (Litva) – Brann (Norveç) 1:4
Nordsyelland (Danimarka) – ÇSKA (Sofiya, Bolqarıstan) 2:2
Pafos (Kipr) – Riqa (Latviya) 1:1
Trabzonspor (Türkiyə) – Harts (Şotlandiya) 2:0
Orhus (Danimarka) – Eqnatiya (Albaniya) 1:1
Ayaks (Niderland) – Atalanta (İtaliya) 2:0
Borats (Bosniya və Herseqovina) – KuPS (Finlandiya) 2:0
Braqa (Portuqaliya) – Gent (Belçika) 2:0
Linkoln (Cəbəllüttariq) – Tvente (Niderland) 1:4
Midtyulland (Danimarka) – Sent-Trüden (Belçika) 0:1
Monako (Fransa) – Frayburq (Almaniya) 3:0
Tun (İsveçrə) – Hayduk (Split, Xorvatiya) 0:1


