Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 9-cu turuna start verilib.
Arena.az xəbər verir ki, turun açılış oyununda “Araz-Naxçıvan” “Qəbələ”ni sınağa çəkib.
Şamaxı şəhər stadionunda təşkil edilmiş qarşılaşmanın baş hakimi Əkbər Əhmədov olub. Üç qolluq görüş “Qəbələ” üçün uğurlu alınıb. Əyalət təmsilçisi səfər matçından 3 xalla ayrılıb.
Premyer Liqa
9-cu tur
23 oktyabr
“Araz-Naxçıvan” – “Qəbələ” 1:2
Qollar: Məhəmməd Mara, 36 – İsmael Akinade, 8. İsaak Amoa, 48.
Hakimlər: Əkbər Əhmədov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı şəhər stadionu, 15:00.
Araz-Naxçıvan: 99. Tərlan Əhmədli, 2. Abdulla Rzayev, 8. Mustafa Əhmədzadə, 27. Boyan Letiç, 6. Patrik Andrade (k), 11. Məhəmməd Mara, 36. Mamadu Kane, 12. Bruno Franko, 10. Çarlz Boli, 5. Luka Dumançiç, 23. Alberto Fernandes.
Ehtiyat oyunçular: 1. Artur Auqusto, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 26. Ömər Buludov, 29. Ceyhun Nuriyev, 13. Qabil Əlizadə, 22. Rəşad Həsənov, 19. Abdallah Sudi.
Baş məşqçi: Yuri Maksimov.
Qəbələ: 1. Səlahət Ağayev (k), 4. Elvin Camalov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 23. Rafael Utziq, 8. Endri Çekici, 6. Xayme Syerra, 12. Kouya Mabea, 16. İsaak Amoa, 3. Edson Eduardo.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 21. Ziya Şəkərxanov, 9. Karim Rossi, 7. Bruno Silva, 5. Natan Monzanqo, 80. Meşak Uboçioma.
Baş məşqçi: Yeton Bekiri.


