Azərbaycanın qadın FIFA referisi Fəridə Lüftəliyeva 17 yaşlılar arasında Avropa çempionatının seçmə mərhələsinin təyinat alıb.
Arena.az xəbər verir ki, o, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq.
Fəridə Lüftəliyeva oktyabrın 25-də Uels – Lüksemburq, oktyabrın 31-də isə Lüksemburq – Gürcüstan qarşılaşmalarını idarə edəcək. Bundan əlavə, o, oktyabrın 28-də Uels – Gürcüstan oyununda dördüncü hakim olacaq.
Günlürə Əkbərzadə isə hər üç oyunda köməkçi hakim funksiyasını yerinə yetirəcək.


