Azərbaycan Kubokunda 2-ci raunda 2 oyunla yekun vurulur

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin sonuncu oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

“Xankəndi” Şamaxıda “Gəncəbasar”la üz-üzə gələcək. Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda təşkil ediləcək oyuna saat 14:00-da start veriləcək. Qarşılaşmanı Mahmud Bağırzadə idarə edəcək.

Eyni saatda “Zəngəzur” – “Karvan” matçına da start veriləcək. Binə qəsəbə stadionunda keçiriləcək bu oyunun baş hakimi Ceyhun Hüseynov olacaq.

Azərbaycan Kubokunda 2-ci raundun digər oyunları oktyabrın 27-də və 28-də keçirilib.

Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi

27 oktyabr

“Şimal” – “Araz-Naxçıvan” 0:6
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Sadiq Əliyev, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu, 14:00.

“Marafon” – “Zaqatala” 1:0
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rizvan Süleymanov, Kamil Aydınov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
“Marafon Arena”, 14:00.

“Kür-Araz” – “Sumqayıt” 0:11
Hakimlər: Niyaz Əhmədov, Rəhman Aslanov, Məmmədəli Kərimov, Nəriman Ağayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Sumqayıt Arena”, 17:00.

“Qəbələ” – “Mingəçevir” 3:0
Hakimlər: Nazim Abdullayev, Taleh Məmmədov, Rasim Axundov, Mehdi Yusifov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ şəhər stadionu, 17:00.

“Səbail” – “Zirə” 2:2 (penaltilər 2:3)
Hakimlər: Səbuhi Bayramov, Aydın Baxşıyev, Mirnihad Seyidov, Vaqif Vəliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Masazır Arena”, 18:00.

28 oktyabr

“İmişli” – “Qaradağ Lökbatan” 4:1
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Elçin Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu, 14:00.

MOİK – “Şahdağ Qusar” 1:9
Hakimlər: Murad Səlimov, Anar Bədəlov, Zakir Şükürzadə, Pərviz İbrahimov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu, 14:00.

“Hypers” – “Şamaxı” 1:5
Hakimlər: Şamil İmanzadə, Elman Kərimov, Əkbər Əliyev, Nahid Xasıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı şəhər stadionu, 14:00.

“Şəfa” – “Ağstafa Gəncləri” 9:2
Hakimlər: Sənan Bayramzadə, Elmin Süleymanov, Sevda Nuriyeva, Alik Yunusov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Sumqayıt Arena”, 16:00.

“Kəpəz” – “Baku Sportinq” 3:1
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Rasim Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Gəncə şəhər stadionu, 19:00.

29 oktyabr

“Xankəndi” – “Gəncəbasar”
Hakimlər: Mahmud Bağırzadə, Sənan Atayev, Safalı Ağayev, Hacıağa Həsənov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00 .

“Zəngəzur” – “Karvan”
Hakimlər: Ceyhun Hüseynov, Vüqar Bayramov, Samir Qaracayev, Ləman Əmirli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: