Maks Eberl: “Vensan Kompani tezliklə öz işinə qayıdacaq”

“Bayern”in idman məsələləri üzrə idarə heyətinin üzvü Maks Eberl komandanın baş məşqçisi Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verib.

Arena.az xəbər verir ki, 40 yaşlı belçikalı mütəxəssis planlı müayinədən və müalicə kursundan sonra xəstəxanadan evə buraxılıb.

Həkimlər ötən cümə günü Kompaninin səhhətinin qəfil pisləşməsinə səbəb olan beyin qişalarının qıcıqlanmasını müəyyən ediblər. Münhen təmsilçisinin tibbi heyəti problemin səbəbini vaxtında aşkarlayaraq müvafiq müalicəyə başlayıb.

Maks Eberl baş məşqçinin vəziyyətinin yaxşılaşdığını və tezliklə komandanın idarəçiliyinə qayıdacağına əmin olduğunu bildirib:

“Həkimlər problemin nədən qaynaqlandığını dəqiq müəyyənləşdiriblər. Ötən cümə günü baş verən hadisəyə beyin qişalarının qıcıqlanması səbəb olub. Vensan Kompaninin çox yaxın zamanda, tam hazır vəziyyətdə komandanın başına qayıdacağına çox əminəm”, – deyə klub rəsmisi “Bayern & Germany” nəşrinin sosial şəbəkələrdə yaydığı açıqlamada bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: