Almaniya Kubokunda 1/8 finalın 8 iştirakçısı bəlli oldu

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Almaniya Kubokunda 2026/2027-ci illər mövsümünün 1/16 final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

“Boxum”, “Auqsburq”, “Ayntraxt” (Frankfurt), “Leypsiq”, “Borussiya” (Mönhenqladbax), “Borussiya” (Dortmund), “Darmştadt” və “Köln” rəqiblərini məğlub edərək 1/8 finala vəsiqə qazanıblar.

Almaniya Kubokunda digər 1/8 finalçıların adına oktyabrın 28-də keçiriləcək oyunlardan sonra aydınlıq gələcək.

Almaniya Kuboku
1/16 final mərhələsi

27 oktyabr

“Boxum” – “Maynts” 2:0
“Qrossaspax” – “Auqsburq” 2:4
“Hamburq” – “Ayntraxt” (Frankfurt) 1:3
“Rot-Vays Essen” – “Leypsiq” 1:2
“Borussiya” (Mönhenqladbax) – “Karlsrue” 2:0
“Borussiya” (Dortmund) – “Verder” 3:2
“Elversberq” – “Darmştadt” 0:2
“Köln” – “Union Berlin” 5:0

28 oktyabr

21:00. “Frayburq” – “Volfsburq”
21:00. “Yeddeloh” – “Herta”
21:00. “Paderborn” – “Ştutqart”
21:00. “Dinamo” (Drezden) – “Şalke”
23:45. “Bayer” – “Nürnberq”
23:45. “Bayern” – “Maqdeburq”
23:45. “Hannover” – “Kayzerslautern”
23:45. “Holştayn Kil” – “Hoffenhaym”

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: