Bu gün keçirilmiş oyunlarla futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2026/2027-ci illər mövsümünün 7-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Səfərdə “Hoffenhaym”ın qonağı olmuş “Bayer” 3 cavabsız qolla məğlub olub. “Frayburq”un qonağı olmuş “Bayern” isə turu inamlı qələbə ilə başa vurub.
Beləliklə, 7 turdan sonra “Bayern”lə Dortmund “Borussiya”sının 17 xalı var. “Frayburq” və “Bayer” 13, “Leypsiq” və “Verder” 12 xal toplayıblar.
Almaniya, Bundesliqa
7-ci tur
23 oktyabr
Ştutqart – Borussiya (Mönhenqladbax) 2:3
24 oktyabr
Auqsburq – Union Berlin 1:1
Köln – Şalke 0:0
Maynts – Verder 2:3
Paderborn – Hamburq 1:0
Leypsiq – Elversberq 4:0
Borussiya (Dortmund) – Ayntraxt 1:0
25 oktyabr
Hoffenhaym – Bayer 3:0
Frayburq – Bayern 1:3


