“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 8-ci turunda “Everton” üzərində qazandıqları qələbəni şərh edib.
Arena.az xəbər verir ki, Londonda keçirilən qarşılaşma “topçular”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Mikel Arteta nəticədən razı qaldığını, lakin komandasının qol imkanlarından istifadə etməkdə çətinlik çəkdiyini bildirib:
“Nəticədən çox razıyam. Beş əvəzetmə etməli olduq. Altı gün ərzində bu, artıq üçüncü oyunumuz idi və bizi nə qədər çətin sınağın gözlədiyini bilirdik. Buna baxmayaraq, komandamız əla çıxış etdi. İlk dəqiqələrdən fəal oynadıq və rəqibə güclü təzyiq göstərdik.
Qol imkanlarından istifadə etməkdə problemlərimiz var idi. Lakin bu mövsüm standart vəziyyətindən vurduğumuz ilk qol bizə inam və soyuqqanlılıq qazandırdı, oyuna nəzarəti ələ almağımıza kömək etdi. Bununla belə, ikinci qola qədər qarşılaşmanın hələ həll olunmadığını anlayırdıq”, – deyə ispaniyalı mütəxəssis “Sky Sports”a açıqlamasında bildirib.


