Anatoli Nuriyev “Zalaegerseq”lə matçda şans qazanmadı

Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyev Macarıstanın “Kişvarda” komandasının “Zalaegerseq”lə matçını buraxıb.

Arena.az xəbər verir ki, “Kişvarda” 2026/2027-ci illər mövsümünün 11-ci turu çərçivəsində ötən gün “Zalaegerseq”lə qarşılaşıb.

Futbolçumuzun komandası bu rəqibi ilə səfərdə üz-üzə gəlib və 1:1 hesablı heç-heçəyə razılaşıb. Nuriyev bu maçın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Bu nəticədən sonra “Kişvarda” 12 xalla 12 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Futbolçumuzun komandası 11 oyunda 2 qələbə qazanıb, 6 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Anatoli Nuriyev “Kişvarda”ya bu ilin yayında “Zirə”dən azad agent kimi ayrılaraq keçib. O, indiyə qədər bu komandanın heyətində 5 oyuna çıxıb, 1 qola imza atıb.

Nuriyev daha öncə “Sabah”, “Sumqayıt”, “Kolos”, “Minay”, “Stal”, “Serednye” kimi klubların da formasını geyinib.

2021-ci ildə Azərbaycan yığmasında debüt etmiş Anatoli millinin heyətində 19 oyuna çıxıb, 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: