La Liqa: “Atletiko” “Deportivo”nu tək qolla yendi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Valensiya” doğma meydanda “Vilyarreal”a, “Rayo Valyekano” isə “Elçe”yə məğlub olub.

“Rasinq” “Espanyol”la ev oyunundan qalib ayrılıb. Madrid “Atletiko”su da “Deportivo”nu xalsız yola salıb.

Qeyd edək ki, 8-ci turun qalan görüşləri oktyabrın 25-də və 26-da keçiriləcək.

İspaniya, La Liqa
10-cu tur

23 oktyabr

Alaves – Malaqa 1:1

24 oktyabr

Rayo Valyekano – Elçe 0:3
Rasinq – Espanyol 2:1
Valensiya – Vilyarreal 1:2
Atletiko – Deportivo 1:0

25 oktyabr

17:00. Atletik – Xetafe
19:15. Selta – Betis
21:30. Real Sosyedad – Levante
00:00. Barselona – Real

26 oktyabr

00:00. Sevilya – Osasuna

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: