Bu gün keçiriləcək oyunlarla futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 9-cu turuna yekun vurulub.
Arena.az xəbər verir ki, turun qapanış matçında son çempion “Sabah” “Qarabağ”ı qəbul edib.
“Dalğa Arena”da təşkil edilmiş turun mərkəzi oyununu Rəşad Əhmədov idarə edib. Bu görüşdə qapılara qol vurulmayıb.
Premyer Liqa
9-cu tur
25 oktyabr
“Sabah” – “Qarabağ” 0:0
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Dalğa Arena”, 18:00.
Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 11. Kahim Parris, 7. Umarali Rahmonaliyev, 4. Eyden Makkarti.
Ehtiyat oyunçular: 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 37. Du Keyros, 33. Junior Almeyda, 99. Patrik Mbina, 88. Rodriqo Fernandes, 34. Ksander Severina, 18. Karlos Eduardo, 8. Kristian Nvaçukvu.
Baş məşqçi: Valdas Dambrauskas.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 8. Marko Yankoviç, 20. Kadi Borges, 2. Mateus Silva, 5. Bruno Lanqa, 29. Renaldo Sefas, 9. Zəkəriyyə Savo, 21. Aleksey Kaşuk, 4. Bense Varkonyi, 33. Dieqo Rosa.
Ehtiyat oyunçular: 12. Teymur Həsənov, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 25. Cebrail Makreçkis, 19. Taofik İsmail, 7. Jali Muaddib, 35. Pedro Bikalyo, 11. Reda Xadra, 88. Samuel Lobato, 39. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.


