“Araz” Polşaya 14 futzalçı ilə yollandı

Futzal üzrə UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” bu gün Polşaya yola düşüb.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu bu ölkəyə Bakı-İstanbul-Varşava hava reysi ilə yollanıb.

Futzalçılarımız hava limanından oyunların keçiriləcəyi Qlivise şəhərinə avtobusla gedəcək.

Təmsilçimiz iştirak ərizəsini artıq UEFA-ya təqim edib. Komandanı oyunlara çıxaracaq məşqçi Fərid Ələkbərovun sərəncamında 14 futzalçı olacaq. Onlardan yalnız biri legioner, qalanı isə yerli oyunçulardır:

Qapıçılar: Emin Kürdov, Cavad Məmmədov;

Oyunçular: Kənan Manafov, Murad Quluzadə, Oktay Rüstəmli, Novruz Kazıxanov, Nurlan Məmmədov, Ədalət Ələkbərov, Eldar Zeynalov, Ülvi Əliyev, İaqo Henrique, Tofiq Mikayılov, Rəvan Məşiyev, Oqtay Mahmudzadə.

Qeyd edək ki, “Araz-Naxçıvan” oktyabrın 27-də Macarıstanın “Uypeşt”, ertəsi gün Bosniya və Herseqovinanın “Buba Mara” komandaları ilə qarşılaşacaq. “Qırmızı-ağlar” qrupda son görüşünü oktyabrın 30-da yerli “Piast”a qarşı keçirəcək.

5-ci qrupun oyunları Polşanın Qlivitse şəhərindəki “Prezero Arena”da keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: