Kristiano Ronaldo – 2 milyard dollar qazanan ilk aktiv idmançı!

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kristiano Ronaldo ümumi qazancı 2 milyard dollara çatan ilk aktiv idmançı olub.

Arena.az xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.

Nəşrin hesablamalarına görə, 41 yaşlı futbolçu 2026/27 mövsümündə “Əl-Nəsr”də çıxışına görə 250 milyon dollar qazanacaq. Bundan əlavə, reklam müqavilələri və digər biznes layihələri vasitəsilə onun gəlirinin daha 50 milyon dollar təşkil edəcəyi gözlənilir.

“Forbes”in məlumatına əsasən, gələn il ABŞ klubu “İnter Mayami”də çıxış edən argentinalı hücumçu Lionel Messinin də ümumi qazancının 2 milyard dolları keçəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, beşqat “Qızıl top” sahibi olan Kristiano Ronaldo karyerası ərzində beş dəfə UEFA Çempionlar Liqasının qalibi olub, Avropa çempionluğu və iki dəfə Millətlər Liqası çempionluğu yaşayıb. O, həmçinin milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində qol rekordlarına sahibdir.

Portuqaliyalı futbolçu 2022-ci ilin dekabrından “Əl-Nəsr”də çıxış edir. O, karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus” klublarının da formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: