Sənan Süleymanov: “Növbəti hədəfim olimpiya çempionluğudur”

Karyerasında ilk dəfə dünya çempionu olan Azərbaycan güləşçisi Sənan Süleymanov bu uğuru ilə bağlı öz təəssüratlarını bölüşüb.

Arena.az xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında tarixi uğura imza atıb.

Sənan Süleymanov final görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib ki, növbəti hədəfi olimpiya çemiponu olmaqdır:

“Dünya çempionu olmağı çoxdan arzulayırdım. Bu hissi sözlərlə ifadə edə bilmirəm. Uzun illərdir, heç kimin bilmədiyi, görmədiyi o qədər əziyyət, zəhmət çəkmişəm, zədələrim olub. Formada olduğum vaxtlar dəfələrlə məğlub olmuşam, amma həvəsdən düşməmişəm. Bu gün isə dünya çempionu oldum. Qarşıda bir əsas hədəfim qalıb – olimpiya çempionu olmaq. Mən əminəm ki, Allahın izni ilə növbəti olimpiadada öz hədəfimə nail olacağam”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: