Murad Əhmədiyev üçün DÇ-də bürünc medal şansı

Azərbaycan güləşçisi Murad Əhmədiyev Qazaxıstanda böyüklər arasında keçirilən dünya çempionatında bürünc medal qazana bilər.

Arena.az xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada təşkil edilmiş güləş üzrə dünya çempionatının ikinci günündə yunan-Roma güləşi üzrə 72, 97 və 130 kq-da mübarizəyə start verilib.

İkiqat dünya çempionu Ülvü Qənizadə (72 kq) yarışa 1/8 finaldan start verib. O, yaponiyalı Rintaro Soqabeyə 9:4 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Qənizadə bu mərhələdə rusiyalı Mingiyan Qoryayevlə üz-üzə gəlib. Sonuncu dəqiqədə 4 xallıq fənd işlədərkən ayağından ciddi zədələndiyi üçün mübarizəni dayandırıb.

Murad Əhmədiyev (97 kq) yarışa inamlı start verib. Təmsilçimiz koreyalı Jeongbin Kvona (8:0) və xorvatiyalı Matey Mandiçə (tuş) vaxtından əvvəl qalib gəlib. 1/4 finalda belaruslu Kiril Maskeviçə minimal fərqlə (4:5) məğlub olan Əhmədiyev sabah təsəlliverici görüşə çıxacaq. Rəqib avstriyalı Markus Raqqinqer olacaq.

Sərxan Məmmədov (130 kq) braziliyalı Gilyerme Diasa tam üstünlüklə (11:0) qalib gəlsə də, 1/8 finalda belaruslu Pavel Qlinçuka 2:6 hesabıyla uduzub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: