Azərbaycan çempionu “Turan” qadın voleybolçular arasında keçirilən CEV Çempionlar Liqasının 2026/2027 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Tovuz klubu ÇL-in 2-ci təsnifat mərhələsində Xorvatiyanın “Mladost” kollektivi ilə üz-üzə gəlib.
Xatırladaq ki, bu komandalar arasında oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçirilmiş ilk matçda meydan sahibləri “Mladost” üzərində 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə qələbə qazanmışdılar. Azərbaycan təmsilçisi səfərdə baş tutmuş cavab görüşündən də qələbə ilə ayrılıb. Tovuz klubu meydanı 3:2 hesablı qələbə ilə tərk edib – 25:22, 21:25, 25:23, 23:25, 15:13.
Beləliklə, avrokubok mövsümünə inamlı başlamış “Turan” Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib. Azərbaycan kollektivi ÇL-in 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Maritsa” komandası ilə üz-üzə gələcək.


