FİFA 2026-cı ildə keçirilmiş futbol üzrə dünya çempionatının (DÇ-2026) biletlərinin satışından 5 milyard dollar gəlir əldə edib.
Arena.az xəbər verir ki, bu barədə “The Times” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, əldə olunan məbləğ 2022-ci ildə Qətərdə təşkil edilmiş dünya çempionatının bilet satışından qazanılan gəlirdən təxminən 5 dəfə çoxdur. Həmin vaxt FIFA-nın rəsmi məlumatına əsasən, bilet satışından 929 milyon dollar əldə edilmişdi.
“The Times”ın sorğusuna cavab olaraq ali futbol qurumundan bildirib ki, yekun rəqəmlər təşkilatın illik hesabatında açıqlanacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə üç ölkədə – ABŞ, Kanada və Meksikada keçirilib. Turnirin finalında İspaniya millisi əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.
Çempionat zamanı bir çox azarkeş bilet qiymətlərinin həddindən artıq yüksək olmasından narazılığını ifadə edib.


