Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin sonuncu oyunları keçirilib.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Xankəndi” Şamaxıda “Gəncəbasar”la üz-üzə gəlib. Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda təşkil edilmiş oyunu Mahmud Bağırzadə idarə edib. Bu görüşün əsas vaxtı 1:1 hesabıyla yekunlaşıb. Əlavə vaxtda isə Gəncə təmsilçisi çətinliklə də olsa, qələbəni təmin edib.
Eyni saatda “Zəngəzur” – “Karvan” matçına da start verilib. Binə qəsəbə stadionunda keçirilmiş bu oyunun baş hakimi Ceyhun Hüseynov olub. Yevlax təmsilçisi bu oyunda darmadağınla mərhələ adlayıb.
Xatırladaq ki, daha öncə “Araz-Naxçıvan”, “Marafon”, “Sumqayıt”, “Qəbələ”, “Zirə”, “İmişli”, “Şahdağ Qusar”, “Şamaxı”, “Şəfa” və “Kəpəz” də Azərbaycan Kubokunda 1/8 finala vəsiqə qazanmışdılar.
Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi
29 oktyabr
“Xankəndi” – “Gəncəbasar” 2:3
Qollar: Nihad Tamazov, 42. Mesoma Solomon, 116 – Tuqay Əlizadə, 66. Dileyn Açimi, 110; 120-pen.
Hakimlər: Mahmud Bağırzadə, Sənan Atayev, Safalı Ağayev, Hacıağa Həsənov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
Xankəndi: 96. Elməddin Məmmədov, 77. Əziz Hüseynov (k), 88. Müşfiq Teymurov, 25. Nihad Tamazov, 3. İzzət Müştaqov, 17. Taleh Fərmanov, 19. Musa Musazadə, 93. Səbuhi Qurbanov, 21. Kənan Baxışov, 31. Kristian Kamta, 26. Mesoma Solomon.
Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 7. Bəhruz Teymurov, 10. Rəhman Şabanov, 5. Ramin Abdullayev, 91. Həsən Hüseyn, 11. Cahari Lourens.
Baş məşqçi: Röyal Nəcəfov.
Gəncəbasar: 1. Səlim Həşimov, 20. Mahir Həsənov (k), 52. Emil Bayramov, 88. Tuqay Əlizadə, 10. Samir Məhərrəmli, 77. Ülvü Mədətov, 99. Nihat Fərəci, 15. Cavad Kərimov, 7. İlham Hüseynov, 23. Sənan Əliyev, 21. Kristupas Padegimas.
Ehtiyat oyunçular: 22. Novruz Rəhimov, 80. Tural Rzayev, 18. Süleyman Əhmədov, 2. Seymur Rəhimov, 11. Emin Məcidzadə, 13. İslam Nəcəfli, 44. Rüfət Tahirov, 8. Dinamin Bağırov, 9. Dileyn Açimi, 70. Paulo Quimbila, 12. Entoni Hunpe, 17. Derek Osey.
Baş məşqçi: Elhad Nəziri.
“Zəngəzur” – “Karvan-Yevlax” 1:4
Qollar: Tural Qurbatov, 51 – Samir Abdullayev, 60; 84. Əbdül Əziz, 67; 90+3.
Hakimlər: Ceyhun Hüseynov, Vüqar Bayramov, Samir Qaracayev, Ləman Əmirli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu, 14:00.
Zəngəzur: 36. Əmrah Məmmədli, 5. Ramil Əhmədov, 11. Tural Qurbatov, 38. Salman Atluxanov, 17. Nurlan Quliyev, 23. Rövşən Şahmuradov, 8. Tolqar Yaqubov, 70. Mehman Süleymanlı, 55. Firuz Əhmədov, 4. Əliəkbər Şəbiyev (k), 2. Ramil Rüstəmov.
Ehtiyat oyunçular: 99. Şahin Zəkiyev, 10. Elgün Abbaslı, 7. Cavid Tağıyev, 9. Nurlan Novruzov, 19. Ruslan Voronsov, 3. Said Əliyev, 44. Nihad Əmrahzadə, 18. İsmayıl İsmayılov.
Baş məşqçi: Ravil Hüseynov.
Karvan: 27. Əkpər Vəliyev, 39. Sadiq Quliyev (k), 96. İlkin Muradov, 22. Elçin Mustafayev, 60. Elmin Bayramov, 81. Xəyal Muradov, 17. Kamal Kazımov, 32. Rəhim Cəfərli, 20. Entoni Uzodimma, 16. Obicon Onyeka, 87. Əbdül Əziz.
Ehtiyat oyunçular: 72. Rustam Samiqullin, 9. İbrahim Əliyev, 70. Asim Əlizadə, 7. Turan Vəlizadə, 6. Nemət Musayev, 10. Samir Abdullayev, 4. Mirəli Əhmədov, 14. Lətif Rzayev, 66. Ramil İsmayıllı, 77. Eze Sillas, 88. Brenner Dos Santos.
Baş məşqçi: Ramiz Məmmədov.


